Rusiyanın Sankt-Peterburq şəhərinin Neva rayonunun sakinləri azərbaycanlılara aid “Təbriz” restoranının qarşısında toplaşaraq, burada tez-tez kababların hazırlanması ilə yaranan tüstü iyinə etiraz ediblər.
Sedov və Şelqunov küçəsinin kəsişməsində əvvəlcə ekoloji hərəkatın fəalı İrina Andrianova tək gələrək piket keçirib və restorandan kababın hazırlanması zamanı yaranan tüstünün ətrafı bürüməsinə etirazını bildirib.
İrina Andrianovanın “Baltİnfo”ya bildirdiyinə görə, o, restoranın yaxınlığında yaşayır və piketə dəstək üçün 30-dək insan gəlib. Sakinlər də həmçinin kabab bişirərkən ətrafa yayılan tüstüdən şikayətlənirlər:
“Rayon administrasiyası və Rusiya istehlak nəzarəti xidmətinə müraciət nəticə verməyib: məmurlar qafqazlıların restoranlarının fəaliyyətində pozuntu görmürlər”.
Buna görə də, sakinlər etiraz aksiyası keçirmək qərarına gəliblər. Etiraz aksiyası zamanı insident yaşanmayıb, sakinlər azərbaycanlıların yerli administrasiyanı “satın aldıqlarını” bildiriblər. Piket zamanı “Təbriz” restoranının azərbaycanlı administrasiyası da etirazçıların qarşısına çıxıb.
Baltİnfo
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin