Bu gün Sankt-Peterburqda Yol Hərəkəti Təhlükəsizliyinin Təminatı üzrə Dövlət İnspeksiyasının inspektorları parkinq qaydalarını pozan sürücüləri cərimə ediblər. Şəhərdə xüsusi reyd keçirilib.
Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, reyd zamanı parkinq qaydalarını pozan azərbaycanlı “jiquli” sahibi cərimə edilib.
O, Peterburqa uzaqdan gəlib. Əslən Azərbaycandan olan sürücü reyd təşkilatçılarını maşın ehtiyatları mağazasına bir dəqiqəlik girdiyinə inandırmağa çalışıb.
Buna baxmayaraq avtobus dayanacağındakı parkinq ona altı min rubla (97 manata – red.) başa gəlib.
Bu məbləğin yarısı cərimə, ikinci yarısı isə evakuatorun xidmət haqqıdır.