Bizim universitetin Azərbaycan ilə ənənəvi möhkəm əlaqələri var. Bizdə, indi sürətli iqtisadi və sosial inkişaf mərhələsini keçən bu dost respublikadan olan çoxlu tələbə oxuyur və ölkə üçün təhsil məsələləri prioritet məsələlərdəndir.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı filialının açılışını şərh edən, İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) rektoru Petr Qlıboçko deyib.
“Bütün bunlar bizi İ.Seçenov adına Birinci MDTU-nun filialını məhz Bakıda açmağa gətirib çıxardı. Bu addım bizim ölkələri vahid təhsil məkanının yaradılmasına və xaricdə Rusiya tibbinin ən yaxşı ənənələrinin möhkəmləndirilməsinə yaxınlaşdıracaq”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev may ayının 16-da İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Bakı filialının açılması barədə sərəncam imzalayıb.