Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində, dəmiryol stansiyasının yaxınlığındakı yolda yaranan problem sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-a müraciət edən sakinlərin sözlərinə görə, ərazidə uzun müddətdir asfalt örtüyü yoxdur.
Onlar qeyd ediblər ki, yağışlı havalarda yol palçıq olur, hərəkət çətinləşir.
Sakinlər bildiriblər ki, problem 3-4 ildir davam edir. Güclü yağışlardan sonra yolda iri gölməçələr yaranır, palçıq isə həm piyadaların, həm də avtomobillərin hərəkətinə mane olur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.