Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Piyada keçidində “Porsche” ilə gənci vuraraq öldürən tələbəyə nə qədər cəza verilib?
Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Çingiz Ağazadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilib. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 7 mart 2023-cü il tarixli qərarı ləğv olunub və cinayət işi baxılması üçün apellyasiya instansiya məhkəməsinin baxışına təyin edilib.
İttihama görə, 2022-ci il iyunun 14-ü saat 23:41-də paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 117 ünvanının qarşısında – “Ətçilər” adlanan yerdə 2003-cü il təvəllüdlü Çingiz Əkrəm oğlu Ağazadə sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi “Porsche Cayenne Turbo” markalı avtomobillə piyada keçidindən yolu keçən, 2005-ci il təvəllüdlü Ayxan Mehman oğlu Səlimovu vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb, Çingiz Ağazadə cinayət məsuliyyətinə cəlb edilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, beş il bir ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, Çingiz Ağazadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.
Qeyd: Çingiz Ağazadə hadisə zamanı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
- Azərbaycanda ilk dəfə olaraq vahid "Məhkəmə Çağrı Mərkəzi" istifadəyə verilib
- Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır
- Sumqayıtda şirkətdə mühasiblər dava etdilər, elektron qolbaq taxıldı
Rəylər