“Podkast kimi adam” layihəsinin yeni buraxılışı yayımlanıb.
Oxu.az xəbər verir ki, Səməd Mehribanın təqdimatında yayımlanan podkastın budəfəki qonağı, “Bout.nothing” (heçnə haqqında) bloqunun müəllifi Xanım Əziz olub.
Qonaq “Instagram” sosial şəbəkəsi üzərindən yayımladığı bloqunda “Masya”, “Harmoni” və “Şöşü” nənə obrazlarını canlandıraraq, bir-birindən tam fərqli qadın prototipləri ilə sosial şəbəkə izləyicilərinin marağına səbəb olub.
Xanım adıçəkilən obrazların yaranma tarixçəsindən və bloqunu Azərbaycan, rus və ingilis dilində aparmağının səbəblərindən danışıb.
Ətraflı videonu təqdim edirik: