“Podkast kimi adam” layihəsinin yeni buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, Səməd Mehribanın təqdimatında yayımlanın podkastın budəfəki qonağı, hazırda ABŞ-da film rejissorluğu üzrə təhsil alan azərbaycanlı tələbə Şəmsi Tağıyev olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi olan Şəmsi, ABŞ hökumətinin maliyyələşdirdiyi təhsil proqramı vasitəsi ilə ABŞ-da 1 semestrlik təhsil almaq imkanı əldə edib. Artıq 5 aydır ki, Minnesota Dövlət Universitetində təhsil alan həmyerlimiz, həmin universitetdə qazandığı yeni təcrübələr haqqında danışıb. Qonaq musiqi sənayesi, təhsil sistemlərimizdəki fərqlər və film sənayesi barədə fikirlərini bölüşüb.
Ətraflı videonu təqdim edirik: