“Podkast kimi adam” layihəsinin yeni buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, Səməd Mehribanın təqdimatında yayımlanın podkastın budəfəki qonağı, illustrator Arzuman Paşayev olub.
Qonaq illustrasiya sahəsində uğur əldə etməyin sirləri ilə bölüşüb və bu sənətin çətin tərəfləri haqqında məlumat verib. İki saat davam edən podkastın 2-ci hissəsində layihənin aparıcısı və qonaq lokal və qlobal sosial problemlərdən danışıblar və onların həllini necə gördükləri haqqında fikir mübadiləsi aparıblar.
Ətraflı videonu təqdim edirik: