Tibb müəssisəsində ödəniş üstündə vətəndaşla mübahisə yaranıb.
Bu barədə Baku TV süjet hazırlayıb.
Hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 8 saylı poliklinikada baş verib.
Sağlamlıq arayışı almaq üçün ərazi üzrə poliklinikaya gələn vətəndaşla tibb işçiləri arasındakı mübahisənin səbəbi ödənişin nağd yox, kart vasitəsilə edilməsi tələbindən yaranıb. O, plastik kartının olmadığını, ödənişi nağd həyata keçirmək istədiyini bildirib.
Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar yalnız nağdsız qaydada həyata keçirilir.
Buna görə də sözügedən tibb müəssisəsində vətəndaşdan nağdsız ödəniş tələb olunub. Eksperlər bildirir ki, bu addım bəzi xoşagəlməz halların, xüsusən rüşvətxorluğun qarşısını almaq üçün həyata keçirilir.
Daha ətraflı sujetdə:
Poliklinikada ödəniş üstündə dava düşdü - VİDEO
Rəylər