Azərbaycanda polis 13 gün ərzində avtomobil nömrə nişanı standartlara cavab verməyən 100-dən çox sürücünü cərimələyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.
Bildirilib ki, qaydaları pozanların əksəriyyəti paytaxt sakinləridir.
A.S.
www.oxu.az