Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Polis "Koroğlu"da reyd keçirdi, cərimələr yazıldı
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda metronun "Koroğlu" stansiyası ətrafındakı ərazidə reyd keçirib.
Reyd zamanı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış xüsusi zolaqlara daxil olan, dayanma-durma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına mane olan sürücülərə xəbərdarlıq edilib, onlardan bəziləri cərimələnib.
Yol hərəkəti qaydalarınına riayət etməsi ilə bağlı xəbərdarlıqdan sonra yol polisi əməkdaşının tövsiyələrinə əməl edəcəyini söyləyən sürücülərlə yanaşı, etirazını bildirənlər də olub.
"Kimsə zəng edəndə yolda gedə-gedə danışmalıyam?! Bəs maşını harada saxlayım", - qaydanı pozan sürücü deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
"Yol hərəkəti qaydaları" teqi üzrə xəbərlər
- Bakıda 45 dəqiqəyə gedilən 100 metrlik yol - ŞİKAYƏT
- "Ukrayna dairəsi''ndə SIXLIĞIN aradan qaldırılması üçün nə təklif olunur?
- Bakıda sürücülər niyə ləğv olunan zolaqlardan istifadə etməyə qorxurlar?
- Sumqayıtdakı dairə və yol nişanları nəyə xidmət edir?
- Bakının mərkəzi küçələrinin birində hərəkətin təşkilində dəyişiklik edildi
Rəylər