Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İtlərin döyüşünü təşkil etdilər: Polis hərəkətə keçdi
Sosial şəbəkədə itlərin döyüşdürülməsi ilə bağlı görüntülər yayımlanıb.
Oxu.Az xəbər verir ki, Nizami Ramazanov adlı heyvansevər şəxs bununla bağlı video paylaşıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) dərhal reaksiya verilib. Qurumdan Nizami Ramazanova bildirilib ki, araşdırmalara başlanılıb:
"Dostlar, paylaşdığım it döyüşləri ilə bağlı olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları mənimlə əlaqə saxladılar.
Hazırda DİN tərəfindən it döyüşdürən şəxslərin tapılması ilə bağlı araşdırma aparıldığı qeyd olundu".
İtlərin döyüşünü təşkil etdilər: Polis hərəkətə keçdi
"İt döyüşləri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar