Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov deyib.
DİN rəsmisi bildirib ki, bayramla əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq.
Qeyd edək ki, dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləri günüdür. Azərbaycan polisi bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
E.Ə.
www.oxu.az