Avrasiya İqtisadi İttifaqı (Aİİ) indiki böhran şəraitində riskə məruz qalır, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.
“Bu gün Aİİ çox böyük riskə məruz qalır, düzünü deyim – böhranlarla əlaqədar”, - deyə, prezident bazar günü axşam respublika telekanallarına müsahibəsində bildirib.
Oxu.Az xəbər verir ki, bununla yanaşı N.Nazarbayev Aİİ-nin yaradılmasının sovet keçmişinə qayıtmaq demək olmadığını vurğulayıb:
“Bu gün bəziləri bunun müstəqilliyin itirilməsi olduğunu, Sovet ittifaqının yaradıldığını danışa bilər yaxud artıq danışıblar. Cəfəngiyyatdır! Sovet İttifaqını yaratmaq istəyənin ümumiyyətlə beyni yoxdur. Biz bu keçmişdən çoxdan uzaqlaşmışıq, bu, qeyri-mümkündür”, - deyə, o vurğulayıb.
O həmçinin Rusiyaya qarşı sanksiyaların birbaşa olmasa da, dolayısı ilə Qazaxıstana təsir göstərdiyini bildirib:
“Bu sanksiyalar Qazaxıstana birbaşa təsir etməsələr də, yaxşı heç bir şey yoxdur, çünki Rusiya əsas tərəfdaşımızdır”, - deyə, prezident bildirib.
Qazaxıstan prezidenti həmçinin bildirib ki, ölkəsinin neftin qiymətinin hətta bir barelə görə 40 dollaradək azalmasına qarşı da fəaliyyət planı var:
“Qoy Qazaxıstan əhalisi narahat olmasın. Bizim planımız var. 70 dollar üçün də, 60, 50, 40 dollar üçün də”, - deyə, o, bildirib.
Onun sözlərinə görə, bu plan “işləyir”.
“O necə deyərlər, mənim əlimin altındadır”, - deyə, dövlət başçısı izah edib.