Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gələn il Gürcüstana qayıtmaq niyyətindədir. Bu barədə o, Facebook-da yazıb.
Oxu.Az-ın Gürcüstan KİV-nə istinadən verdiyi məlumata görə, o, ad gününü (21 dekabr) təbrik edənlərin hamısına təşəkkür edib və gələn il qayıdacağına söz verib.
“Ad günü ilə bağlı təbriklərə görə hamıya təşəkkür edirəm. Gələn il Gürcüstanda görüşərik,” – Saakaşvili yazıb.