Bakıda polis dilənçiliklə məşğul olan şəxsləri saxlayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Binəqədi RPİ, Post Patrul Xidməti Bölüyü və 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 5 qadın, 5 azyaşlı saxlanılaraq barələrində inzibati protokol tərtib olunub.
Onlar yaşadıqları rayonlara göndərilib.