“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi böyük əhəmiyyət daşıyır. Amma layihə qəbul olunacağı təqdirdə, onun maliyyə yükünü dəqiqliklə qiymətləndirməliyik”.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, “Hərbi qulluqçuların statusu” haqqında qanun 1992-ci ildə qəbul edilsə də, onun icrasında problemlər yaranıb.
“Həmin qanun icra edilmədi. Çünki qanunun maliyyə təminatı yox idi”, - deyə o əlavə edib.
Nazir deputatların çıxışlarına cavab olaraq onu da deyib ki, Vergi Məcəlləsinə dəyişikliklər olunub.
“Bu dəyişikliklərlə gələn il vergi ödəyicilərinə 50 milyon manat güzəştlər olunması nəzərdə tutulur”, - deyə nazir əlavə edib.
Samir Şərifov deputat Qüdrət Həsənquliyevin polislərin maaşının artırılması barədə təklifinə də reaksiya verib:
“Gələn ildən əməkhaqlarının artırılması nəzərdə tutulub. Hesab edirəm ki, bu artım hüquq-mühafizə orqanlarının əməkdaşlarına da aid ediləcək”.
12:32
Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev polislərlə bağlı təklif verib.
Oxu.Az-ın məlumatına əsasən, millət vəkili qeyd edib ki, polislərin maaşı aşağıdır.
“Mən təklif edirəm ki, heç olmasa polis serjantlarının və kiçik zabit heyətinin maaşları iki dəfə artırılsın”, - deyə Q.Həsənquliyev əlavə edib.
Q.Həsənquliyev məhkəmələrin aparatlarında işləyən əməkdaşların maaşının da iki dəfə artırılmasının vacibliyini deyib.
Millət vəkili Azərbaycanın yeni “Amfibiya” təyyarələri alması təklifini də səsləndirib.
Aqşin Kərimov
Rəylər