Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Polşada kilsələrdə ilk dəfə Xocalı qətliamı haqqında məlumat verilib - FOTO
Polşanın paytaxtı Varşavada Müqəddəs Evangelist Luka kilsəsində Xocalı qətliamının 32-ci ildönümü yad edilib.
Oxu.Az xəbər verir ki, xristian dünyasında ilk dəfədir ki, kilsələrdə erməni terrorçuları tərəfindən törədilən Xocalı faciəsi bu cür yada salınıb.
Mərasim Polşa Azərbaycanlıları Şurasının maarifləndirilməsi ilə gerçəkləşdirib. Kilsənin baş keşişi katoliklərin müqəddəs məkanına təşrif buyurmuş 200-dən çox polyaka Xocalı faciəsi barədə məlumat verib, qanlı hadisələrə görə çox kədərləndiyini açıqlayıb. Daha sonra Xocalı qətliamın qurbanları üçün dualar oxunub.
Sonda Polşa Azərbaycanlıları Şurası sədri Fərid Cəfərli çıxış edərək kilsə rəhbərliyinə obyektivliyinə görə təşəkkürünü bildirib, bu cür addımların Polşa-Azərbaycan əlaqələrini yeni mərhələyə çıxaracağını bildirib.
Mərasimdən sonra kilsənin önündə Xocalı faciəsinə həsr olunmuş plakatlar sərgilənib, ətrafdakılara polyak və ingilis dilində hadisənin gerçəkləri barədə ətraflı məlumat təqdim olunub, kitabçalar paylanılıb.
"Polşa" teqi üzrə xəbərlər
- Polşa Avropada ən böyük enerji anbarının tikintisinə başladı
- Polşa prezidentliyinə namizəddən LGBT sərgisinə etiraz: "Pozğunluğun təbliğatına son qoyun!"
- Baltikyanı ölkələr Ottava Konvensiyasından çıxdılar
- Polşa Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin razılaşdırılmasını alqışlayır
- Vens ABŞ prezidentinin Polşanın nüvə silahı istəyinə cavabını açıqladı