Polşada Azərbaycan və Ukrayna vətəndaşları saxlanılıb.
Polskieradio.pl-nın yaydığı xəbərə görə, saxtakarlıqla məşğul olan qrup üzvlərinin ikisi Ukrayna, ikisi Azərbaycan və azərbaycanlılardan birinin arvadı olan Polşa vətəndaşlarıdır.
Onlar xarici vətəndaşlara pul müqabilində saxta sənəd hazırlamaqda kömək ediblər.
Həmin şəxslər saxta işədüzəltmə sənədləri ilə əcnəbilərə Polşa ərazisində qalmağa şərait yaradıblar.
Bu yolla qrup üzvləri 537 xarici vətəndaşa saxta sənəd hazırlayıblar. Həmin şəxslər Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, Pakistan, İran, İraq və Qazaxıstan vətəndaşlarıdır.