Polşanın təhsil naziri Anna Zalevska Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, Polşanın Azərbaycandakı səfirliyindən Report-a verilən məlumata görə, nazir avqustun 7-10-da Qəbələdə keçiriləcək Beynəlxalq Skaut Hərəkatı Təşkilatının 41-ci Ümumdünya Skaut Konfransında iştirak edəcək.
Bundan başqa, А.Zalevska ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.
E.Ə.
www.oxu.az