İsmayıllı rayonunda Post Patrul Xidməti avtomobili qəzaya düşüb.
Oxu.Az-ın məlumatına görə, sükan arxasında olan polis əməkdaşı Rauf Dadaşovun halı pisləşib və idarəetməni itirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İsmayıllı Rayon Polis Şöbəsinin Post Patrul Xidməti avtomobilinin sürücüsü, polis serjantı R.Dadaşovun sükan arxasında qəflətən halı pisləşib və nəqliyyat vasitəsi yolun kənarında dayanan iki avtomobilə toxunub:
“Hadisə nəticəsində xəsarət alan olmasa da, halı pisləşən polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir”.
İlhamə Əbülfət
Rəylər