Praqada (Çexiya) 22 yaşlı azərbaycanlı saxlanılıb.
Oxu.Az Policejnidenik.cz-yə istinadən xəbər verir ki, həmyerlimiz içkili vəziyyətdə Ferrari markalı avtomobili idarə edərək, Çexiya paytaxtının Vtaslav meydanında piyada zonasına daxil olub.
Qayda pozucusu çex polisinin diqqətini cəlb edib.
Maşını saxlayan polislər avtomobilin salonundan açıq pivə bankası aşkarlayıblar.
Sürücü digər bankanı ayaqları arasında saxlayıbmış.
Yoxlamadan sonra polislər 22 yaşlı həmyerlimizin sərxoş olduğunu müəyyənləşdiriblər.
İçkili azərbaycanlı yerli polis idarəsinə gətirilib, onun barəsində araşdırma aparılır.
Həmyerlimizin adı açıqlanmır.