Bu gün Türkiyənin Antalya şəhərində Avropa Olimpiya Komitəsinin növbədənkənar iclasında 2019-cu ildə keçiriləcək 2-ci Avropa Oyunlarının təşkilatçısı rəsmən açıqlandı.
Oxu.Az xəbər verir ki, gözlənildiyi kimi Hollandiya AOK-a üzv 50 ölkənin dəstəyini qazanaraq, yarışa ev sahibliyi hüququnu əldə edib.
Hollandiyanın ərizəsi əvvəlcədən üstünlüyə sahib olub. Ümumilikdə isə 2019-cu ilin Avropa Oyunlarını keçirmək üçün 6 ölkə ərizə vermişdi.
Hollandiya Milli Olimpiya Komitəsinin baş katibi Cerard Dilessen bəyan edib ki, ölkəsi oyunlara az xərc çəkəcək, vahid olimpiya kəndi olmayacaq. İdmançılar müxtəlif şəhərlərdə yaşayacaqlar.
Hollandiyada idman növü də az – 12-dən 15-dək olacaq. 2019-cu ilin Avropa Oyunları Hollandiyanın müxtəlif şəhərlərində keçirilsə də, açılış və bağlanış mərasimləri, o cümlədən yüngül atletika üzrə yarışlar Amsterdamda baş tutacaq.
F.H.
www.oxu.az