Niderlandın paytaxtı Amsterdamın şimalında kafedə baş verən atışma nəticəsində bir nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Nu.nl polisə istinadən məlumat yayıb.
Qeyd olunub ki, günorta saatlarında baş verən hadisə zamanı kafenin terrası müştərilərlə dolu olub.
.
Şübhəli şəxs saxlanılıb, onun kimliyi və cinayətin motivi açıqlanmayıb. Niderlandın Cəzaçəkmə Xidməti bildirib ki, ölən şəxs Zaandstad həbsxana kompleksinin əməkdaşı olub.
Şahidlərin sözlərinə görə, atəş açan şəxs hadisədən sonra silahı suya atıb. Polis bu məlumatı hələ təsdiqləməyib. Hadisə yerində polis araşdırma aparır, ərazidə bərə dayanacağı müvəqqəti dəyişdirilib. Polis ətrafdakı müşahidə kameralarının görüntülərinin istintaqa təqdim edilməsini və sosial şəbəkələrdə paylaşılmamasını xahiş edib.