Futbol üzrə Fransa millisinin baş məşqçisi Zinəddin Zidan futbolçuların bərbərlərinin komandanın düşərgəsinə gəlməsinə qadağa qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Zidan toplanış başladıqdan sonra bütün kənar şəxslərin komandanın bazasına girişini də qadağan edib. O, futbolçuların əsas diqqətini futbol və qarşıdakı vəzifələrə yönəltməsini, diqqətlərinin yayındırılmamasını istəyir.
Xatırladaq ki, fransalı mütəxəssis bu yay millinin sükanı arxasında Didye Deşamı əvəzləyib. Deşamın rəhbərliyi altında Fransa millisi 2018-ci ildə dünya çempionu olub.
Qeyd edək ki, daha əvvəl Zidanın rəhbərliyi altında Fransa millisinin keçirəcəyi ilk oyuna biletlərin bir sutka ərzində satıldığı bildirilmişdi.