Dünən prezident İlham Əliyev 52 yaşını ailə üzvləri ilə birlikdə qeyd edib.
Oxu.Az xəbər verir ki, prezidentin ailə üzvləri “Ad günün mübarək, Cənab Prezident!” başlıqlı fotoları “Facebook” və “İnstagram” sosial şəbəkələrində paylaşıb.
Dövlət başçısının ad günündə həyat yoldaşı Mehriban Əliyeva, qızı Arzu və Leyla Əliyeva, o cümlədən kürəkəni Səməd Qurbanov da iştirak edib.