Azərbaycan prezidenti İlham Əliyev 7 şagirdə xüsusi təqaüd ayrılması üçün sərancam imzalayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, sərəncama əsasən musiqi sahəsində xüsusi istedadı olan şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər.
Xüsusi təqaüdə layiq görülən sagirdlər bunlardır:
1. Abdullayeva Züleyxa Nazim qızı - Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdi
2. Bəylərova Firuzə Rauf qızı - Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının Orta ixtisas Musiqi Məktəb-studiyasının
şagirdi
3. Cəfərov Mircavid Mircavad oğlu - Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
4. Əmiraslanova Səmra Mətin qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
5. Xanlarov Cahandar İslam oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
6. İsmayılov Atabəy Xəzər oğlu - Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
7. Mailova Jalə Eldəniz qızı - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi.