“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının sakinlərin istifadəsinə veriləcəyi vaxt açıqlanıb.
“Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, stansiyanın noyabrın 25-dən vətəndaşların ixtiyarına verilməsi nəzərdə tutulub.
QSC rəsmisi qeyd edib ki, qatarların hərkət qrafikində dəyişiklik barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Sabunçu-Pirşağı xəttinin açılış mərasimində iştirak edib.
İlhamə Əbülfət