"Azərbaycan dilindən istifadədə ciddi problemlər müşahidə olunur".
Oxu.Az xəbər verir ki, bunu professor Tofiq Hacıyev Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclasında deyib.
O bildirib ki, bəzi əsərlərdə Azərbaycan dilinin normaları çox ciddi şəkildə pozulub:
"Adlarını çəkmək istəmirəm, amma elə akademiklər, Xalq şairləri var ki, Azərbaycan dilində danışa bilmirlər. Dilimizi kim necə istəyir, elə istifadə edir. Bu sahədə sanki xaos var. Akademiklərimiz ləhcə və dialektlə danışırlar. Bunlar yolverilməzdir".
Məlik Məlikov