Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Protein tozu yedik” - Dağıntılar altında 198 saat qalan qardaşlar yaşadıqları barədə - YENİLƏNİB + FOTO/VİDEO
Kahramanmaraşda baş verən zəlzələnin 198-ci saatında dağıntılar altından çıxarılan Enes və Baki Yeniar qardaşları yaşadıqlarını danışıblar.
“Adətimiz üzrə səhərlər qardaşımla işə gedirdik. Telefonda saatı qurdum və bu gün tez qalxaq dedim. Yuxudan oyandım, bərk şəkildə yırğalandım. “Qardaş, qalx”, - dedim. Yuxarı mərtəbənin divarları üstümə gəldi. Telefonu tapmasaydıq, indi həyatda olmayacaqdıq. Adətən, idmanla məşğul olduğum üçün siyirtməmə protein tozu qoyuram. Su da qoyurdum, amma onu tapa bilmədim. Qardaşımla paylaşdıq”, - deyə qardaşlardan Enes Yeniar bildirib.
“Protein tozu yedik” - Dağıntılar altında 198 saat qalan qardaşlar yaşadıqları barədə - YENİLƏNİB + FOTO/VİDEO
Ən çox oxunanlar
Rəylər