Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Psixoloqların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib
Aprelin 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Müsahibənin vaxtı və məkan haqqında məlumat öncədən SMS vasitəsilə namizədlərə göndərilir.
Müsahibə mərhələsində namizədə ixtisas üzrə açıq və praktik suallar verilir. Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsi üzrə işə qəbul müsabiqəsinin test imtahanında iştirak edən 312 namizəddən 139-u müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)" teqi üzrə xəbərlər
- 8 nömrəli məktəbdə monitorinq imtahanında nə baş verib?
- Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq
- Məktəbdə "qiymət cədvəli": 2 min manata davamiyyət, 30 manata attestat - İDDİA
- Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI
- Yaqut Müseyiblinin səs yazısı yayıldı: Araşdırma BAŞLANILDI - AUDİO