Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Pulu ödə, özün sür - Azərbaycanda “karşerinq” xidmətinin tətbiqi realdır? - VİDEO
Bir çox Avropa ölkələrində fəaliyyət göstərən “karşerinq” xidmətinin ölkəmizdə tətbiq olunması gözlənilir. Hətta bunun üçün taksi şirkətlərindən birinin ölkəyə xeyli sayda avtomobil gətirdiyi iddia olunur.
Görüntülər sosial şəbəkələrdə yayılıb.
Bəs “karşerinq” xidməti nədir?
“Karşerinq” xidməti vasitəsilə vətəndaş müəyyən tətbiqdən istifadə edərək avtomobili icarəyə götürür. Daha sonra avtomobilə yaxınlaşaraq QR kodu oxudur və ona maşının açarları təqdim olunur.
Beləliklə, vətəndaş A nöqtəsindən B nöqtəsinə getmək üçün bu avtomobildən istifadə edir, təyinat yerinə çatdıqdan sonra isə tətbiq vasitəsilə getdiyi yolun məsafəsini qeyd edir, tələb olunan məbləği ödəyir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov yerli şirkətlərin bu sistemi qura biləcəyinə inanmadığını bildirib: “Məncə, Azəbaycanda “karşerinq” xidmətini xarici şirkətlərdən biri quracaq. Amma bu sistemin tətbiqi üçün qanunvericilikdə dəyişiklik etməyə ehtiyac var. Çünki bizim ölkədə etibarnaməsiz nəqliyyat vasitəsini idarə etmək qadağandır. Belə olan halda etibarnamələr ləğv edilməlidir. Amma buna da inanmıram, çətin ki, etibarnamələr ləğv edilsin”.
Daha ətraflı Baku TV-nin süjetində:
Mövzuya aid xəbərlər
- Taksi tələbindən sonra sükanların sağdan sola “yerdəyişməsi”: İdxalda qadağa var? - VİDEO
- Taksi avtomobilləri texniki, sürücüləri isə tibbi müayinədən keçməlidirlər - ARAŞDIRMA + VİDEO
- Taksi sürücülərinin NƏZƏRİNƏ: İcazələrin verilməsinə başlanılır
- Taksi ilə bağlı yeni tələblər ağ və qırmızı rəngli avtomobillərə marağı artırıb - VİDEO
- Taksi fəaliyyəti təkmilləşdirilir: Sürücülərin yeni qaydalara münasibəti necədir? - VİDEOSORĞU
Rəylər