Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Taksi avtomobilləri texniki, sürücüləri isə tibbi müayinədən keçməlidirlər - ARAŞDIRMA + VİDEO
Avtobus sürücüləri kimi taksi sürücüləri də tibbi müayinədən keçəcəklər.
Xezerxeber.az-ın məlumatına görə, “Avtomobil nəqliyyatı haqqında” qanunda və Nazirlər Kabinetinin qərarında da qeyd olunub ki, taksi sürücüləri hər gün tibbi müayinədən keçməlidirlər. Hətta sürücülər yola çıxmazdan öncə mütləq avtomobilini də texniki müayinədən keçirməlidirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar. Həmçinin nəqliyyat vasitələri reysqabağı texniki, sürücülər isə tibbi müayinədən keçməlidirlər.
Son illər narkotik maddələrin təsiri altında bəzi taksi sürücülərinin aşkar edilməsi faktından yola çıxan sərnişinlər bu qərarın doğru olduğunu hesab edirlər.
AYNA-dan o da bildirilib ki, tələb edilən sənədlər təqdim olunmadığı təqdirdə daşıyıcılar taksi fəaliyyəti ilə bağlı icazə üçün müraciət edə bilməyəcəklər.
Ətraflı süjetdə:
Rəylər