Rusiya prezidenti Vladimir Putin bu gün tanınmış şəxslərə mükafatları təqdim edib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, “Şərəf” ordeni ilə yeddi nəfər təltif olunub. Onların arasında Böyük Dünya Müharibəsi veteranı, Rusiyanın xalq artisti Viktor Balaşov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və teleaparıcı Yuri Nikolayev var.
Təltifetmə mərasimi Kremlin Yekaterina zalında keçirilib. Təltif olunanların siyahısında 40-dan çox insan olub. Bu insanlar mədəniyyət və elm, kənd təsərrüfatı xadimləri, diplomatlar, siyasətçilər, dini təşkilatların nümayəndələri, ictimai xadimlər, idmançılar, kosmonavtlar və biznesmenlərdir.