Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qadın həkimi döyən “müharibə əlili”nə cinayət işi açıldı - VİDEO
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bərdə rayon sakini 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.
İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.
Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Rəylər