Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qadın sərnişinlə tanış olmaq istəyən taksi sürücüsü saxlanıldı
Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə polis orqanlarına müraciətlər daxil olur.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir.
Polis əməkdaşları tərəfindən Nəsimi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı "Chevrolet" markalı 77-YH-457 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.
"Bir daha diqqətə çatdırırıq ki, vətəndaşlara belə hallarla qarşılaşdıqları zaman dərhal ərazi polis orqanlarına məlumat vermələri tövsiyə olunur", - məlumatda bildirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Ağdam-Füzuli yolunda mikroavtobus aşdı: Qeyri-qanuni sərnişin daşıyırmış
- Avtobus dayanacaqlarını zəbt edən SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
- Samuxda qonşu qadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu
- Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir
- Biləsuvarda əməliyyat: Marixuana və tiryək aşkarlandı