Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İctimai Komitənin üzvləri aprel ayının 5-də Bakıda yerləşən 4 nömrəli cəzaçəkmə müəssisəsində (qadın koloniyasında) olublar.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, İK və Azərbaycan hüquq-mühafizə mərkəzinin (AHM) üzvü Zəlihə Tahirovanın dediyinə görə, kişi cəzaçəkmə koloniyaları ilə müqayisədə qadın koloniyaları əməklə daha yaxşı təmin ediliblər (150 nəfər və ya 38%).
Baxmayaraq ki, icbari hesablar və vergilərə görə əmək haqqı elədə çox deyil, cəmi 100 manat, bu onlara iddia edilən tələblərə görə ödəmələr etməyə, eləcə də həbsxana mağazasında alış-veriş etməyə imkan verir.
119 qadın peşə-texniki məktəbində tikmək, xalça toxumaq və kompüterdə işləməyi öyrənir. Məhkumların yarısından çoxu 5 min kitab olan kitabxanaya gedir.
Bununla yanaşı Z.Tahirovanın sözlərinə görə, Azərbaycanda yeganə olan bu həbsxana artıq dolub:
“Burada 394 məhkum var, limit isə 350-dir. Hər məhbus qadını yataq yeri ilə təmin etmək üçün administrasiya yataqlara ikinci mərtəbə qaynaq etməli olur. Həm məhbuslar, həm də administrasiya Kürdəxanıda yeni daha geniş penitensionar müəssisənin tikintisinin başa çatmasını gözləyir.
Avropa standartlarına uyğun layihələndirilmiş bu bina başqa problemlərin həllində də yardım edəcək, məsələn, ilk dəfə məhkum olunan və xüsusi təhlükəli cinayətkarları, yaşlı və azyaşlı, uşaqlı anaları ayrı yerləşdirməyə imkan verəcək.
Həm də əvvəllər istehsalat müəssisəsi olan sonradan həbsxana kimi rekonstruksiya olunan köhnə bina yaşayış massivinin ərazisində yerləşir. Belə qonşuluq isə həm məhkumlara, həm də hər gün həbsxana həyatının səhnələrini izləməyə məcbur qalan yerli əhaliyə pis təsir edir”.
Qeyd edək ki, qadın koloniyasında bütün rejimlər üzrə məhkum edilmiş qadın: ümumi və ciddi rejimli azadlıqdan məhkum edilmiş, eləcə də azyaşlı məhbuslar saxlanılır.