18-24 yaş arasında olan xanımlara “Always” brendi və “Wowoman Azerbaijan” yeni bir şans verir. Mayın 15-17-də gənc xanımlar üçün keçiriləcək üç günlük “bootcamp”-təlimə iştirakçı yığımı başlanır. “Bootcamp”-təlimin iştirakçıları öz ideyalarını əvvəl layihəyə, daha sonra isə həyata çevirmək imkanı qazanacaqlar.
“Procter&Gamble” şirkətinə aid məşhur qadın gigiyena brendi “Always” Azərbaycanda həyata keçirdiyi sosial məsuliyyət kampaniyaları sırasında “Wowoman Azerbaijan” ilə tərəfdaşlığı davam edir.
1999-cu ildən bəri 500 mindən artıq yeniyetmə (11-13 yaşlı) məktəbli qızı əhatə etmiş maarifləndirici proqramdan əlavə, “Always” qadınların səlahiyyətləndirilməsi istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edir.
Özünə partnyor kimi “Wowoman Azerbaijan” təşkilatını seçən marka bu qadın inkişaf platformasının keçirdiyi təlim və proqramlar vasitəsilə qadınların bilik və bacarıqlarının artırılmasını, biznes ideyalarının həyata keçirilməsini dəstəkləyir.
“Məhsullarımız xüsusilə qadınların məişət işlərindəki problemləri çözməklə, sərf etdikləri enerji və vaxta qənaət etməyə, onların özlərinə əminliyinin artmasına xidmət edir. Onların özgüvənini daha da gücləndirmək üçün bilik və bacarıqlarının artırılmasına, ayaqları üzərində sərbəst durmaq üçün çalışmalarına dəstək olmaq “Procter&Gamble”in cinslərin bərabərliyi üzrə fəaliyyətinin əsas istiqamətlərindəndir”, – şirkətin Bakı ofisinin rəhbəri Değer Kurtaslanoğlu “Wowoman” platforması ilə həyata keçirilən fəaliyyətləri belə şərh edib.
“Yarat. Reallaşdır. Təsir et” məqsədli “bootcamp”-təlimdə keçirilən üç günlük intensiv proqram gənc xanımlara öz ideyaları üzərində işləməyə, fasilitator və mentorların dəstəyilə onları dərhal həyata keçirməyə imkan verir. Proqram Stanford Universitetinin “Dizayn Düşüncə” metodu və MIT Universitetinin Qlobal Sahibkarlıq proqramına əsaslanır.
Təlim zamanı iştirakçılar komanda formalaşdırır və proqramın üçüncü günündə münsiflər heyətinə təqdim ediləcək təhsil, səhiyyə və ya sosial mövzulu layihə üzərində intensiv şəkildə işləyirlər.
Jürinin qərarı ilə bir, iki və üçüncü yer olmaqla, üç qalib seçiləcək. Qalib komandalar həyata keçirmək istədikləri layihələr üçün müvafiq olaraq 1000, 500 və 250 AZN məbləğində pul mükafatı əldə edəcəklər.
Təlimdə iştirak üçün müraciətlər aprelin 5-dək qəbul edilir. İştirakçılar qeydiyyat ərəfəsində seçiləcək. Qeydiyyat üçün linkə daxil olmaq lazımdır.
“WoWoman” haqqında
Beş il ərzində 10 mindən çox qadın “WoWoman”ın kurs və təlimini keçib və 25 mindən çox iştirakçısı olan onlayn cəmiyyət yaradılıb. 2018-ci ildə “Facebook” icmanı dünyanın ən yaxşı 100 cəmiyyətindən biri olaraq seçib və “Forbes” platformanın təsisçisi Zara Hüseynovanı Avropadakı 30 yaşına qədər 30 sosial sahibkar siyahısına daxil edib.
“Procter & Gamble” (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən beş milyard insana xidmət göstərir. Şirkət Pampers®, “Tide”®, “Ariel”®, “Head & Shoulders”®, “Always”®, “Pantene”®, “Fairy”®, “Blend-a-med”®, “Oral-B”®, “Gillette”®, “Safeguard”® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir.
P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.