Rusiyanın Nijniy Taqil şəhərində əslən azərbaycanlı olan qız qaçırılıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 17 yaşlı qızı şəhərin mərkəzi küçəsində anasının gözü qarşısında maşına basaraq aparıblar.
Yerli polis tezliklə qızı qaçıran şəxsi saxlayıb. 24 yaşı oğlan qızı Yekaterunburqa apararaq orada onunla ailə qurmaq və kirayədə evdə qalmağı planlaşdırırmış.
Məsələ ilə bağlı Azərbaycanın Yekaterunburqdakı baş konsulluğunun konsulu Mahmud Əhmədov da fikrini bildirib:
“Biz orta əsrdə yaşamırıq. Cinayət törətmisənsə buna görə cavab verməlisən”.
Qeyd edək ki, Rusiyanın Ural vilayətində qız qaçırma halları tez-tez baş verir. Yaxın günlərə daha bir oğlanın 14 yaşlı qızı qaçıraraq evdə bağlı saxladığı məlum olmuşdu. Qızın çığırtı səslərini eşidən qonşular polisə zəng edərək onu “ev həbsi”ndən qurtarmışdılar.
www.anspress.com
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin