2013-cü ilin dekabr ayının 17-də Türkiyədə həbs edilmiş Sədərək Gömrük məntəqəsinin rəisi Mirməhəmməd Seyidov həbsdən azad edilib.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV bildirib.
Məlumata əsasən o, bir neçə saat bundan öncə azadlığa buraxılıb.
Xatırladaq ki, Mirməhəmməd Seyidov dekabr ayının 17-də 18 nəfərdən ibarət qrupun tərkibində həbs edilib. Qrupun üzvlərindən 6 nəfəri gömrük əməkdaşı, qalanları isə yükdaşıma şirkətlərinin sahibləri idi. Onları İğdır, İstanbul, Qaziantep və Artvində aparılan və iki il davam edən izləmə nəticəsində həbs ediblər. Seyidov üç ay müddətinə həbs edilmişdi.
Aprel ayının sonunda Azərbaycan və Türkiyə arasında gömrük rəisinin azadlığa buraxılması haqqında söhbətlərin getdiyi informasiyası yayıldı. Seyidovun şərti azadlığa buraxılaraq Azərbaycan tərəfinə veriləcəyi gözlənilirdi.