Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qanlı Yanvar günü səhərə kimi işləyən qatar sürücüləri: "Metro həmin gün sığınacaq idi"
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixinə qanla yazılıb.
Oxu.Az xəbər verir ki, həmin gecə, saat 23:30-da SSRİ Ali Soveti Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına əsasən, sovet qoşunları Bakı şəhərinə yeridilmişdi.
Hadisə şahidlərinin sözlərinə görə, həmin gecə çaşqınlıq içində olan şəhər əhalisinin əksəriyyətinin əsas sığınacaq yeri məhz Bakı metrosu olmuşdu.
Şəhərə qoşun yeridiləcəyi ilə bağlı məlumat alan metropoliten əməkdaşları hərəkət qrafikində dəyişiklik etmək və 24 saat işləmək qərarı vermişdilər. Nəticədə minlərlə insan metronun içərisində gecələdi, daldalana bildi.
Məhz metropoliten əməkdaşlarının tələbi ilə "XI Qızıl Ordu" adlanan stansiyanın adı dəyişdirilərək "20 Yanvar" adlandırılıb. Bu addım 20 Yanvar faciəsində şəhid olan vətəndaşlarımızın xatirəsinə ehtiramın əlaməti idi.
Qanlı Qanvar günü növbədə olan maşinist köməkçisi Cahil Həsənov və həmin gün təlimatçı maşinist olan İbrət Tahirov 35 il əvvəl yaşanan o müdhiş gecədə şahid olduqlarını Oxu.Az-la bölüşüblər.
Daha çox foto burada: PhotoStock.Az
Əzizə İsmayılova
Video: Cavid Mehdiyev
"20 Yanvar - Ümumxalq Hüzn Günü" teqi üzrə xəbərlər
- Ədalət necə bərpa olundu? - 20 Yanvar hadisələrinin "Qarabağ" kulminasiyası
- Dünya mediası 20 Yanvar faciəsi barədə nələr yazmışdı?
- Heydər Əliyev 20 Yanvar faciəsinin günahkarlarını necə ifşa etdi? - Azadlığa gedən yol
- 20 Yanvar - Cəzasız qalan cinayət
- Fədakar həkimlər 20 Yanvar gecəsi yaşadıqları dəhşətdən danışdılar
Rəylər