Parlamentin bugünkü iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun müzakirə edilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə bağlı Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli çıxış edib.
Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat daxil olduqda yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə bağlı insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verməklə təqib edilə bilər.
Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırılma vasitələrindən istifadə edilə bilər.
Qanuna təklif edilən dəyişiklik səsvermə nəticəsində qəbul edilib.