Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qanunvericilikdə həkimlikdən ömürlük məhrumetmə cəzası varmı?
Son vaxtlar cərrahiyyə əməliyyatı zamanı və ya əməliyyatdan sonra dünyasını dəyişənlərlə bağlı xəbərləri tez-tez eşidilir. Sonuncu belə bədbəxt hadisə ötən gün Gəncədə baş verib.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, belə hadisələr zamanı həkimlər işdən kənarlaşdırılır, barələrində cinayət işi açılır.
Bəzi hallarda isə sosial şəbəkələrdə iddialar yayılıb ki, həmin həkimlər cəza müddətləri bitdikdən sonra yenidən eyni fəaliyyətlə məşğul olurlar. Maraqlıdır, əgər həkimin məhkumluq həyatı olubsa, o, yenidən, yəni cəza müddəti bitdikdən sonra bu sahədə çalışa bilərmi?
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, hətta həkim bu hüquqdan məhrum olunsa belə, o, müəyyən vaxtdan sonra yenidən peşəsi ilə məşğul ola bilir. Bununla bağlı qanunvericilikdə heç bir qadağa yoxdur.
Hüquqşünas hesab edir ki, həkimlərin daha məsuliyyətli olmaları üçün bu tip hadisələr zamanı rəy verən qurum Səhiyyə Nazirliyinin tabeliyində olmamalıdır.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə tibb fəaliyyəti üzrə vəzifə tutma və ya həmin fəaliyyətlə məşğul olma hüququndan məhrum edilənlər qeyd edilən sahə üzrə fəaliyyət göstərə bilməzlər.
Ətraflı süjetdə:

"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Bölgələrdə ixtisaslı həkim çatışmazlığı məsələsinə nazirdən AÇIQLAMA
- Teymur Musayev: "Beş iclasda plastik cərrahiyyə ilə məşğul olan 40 nəfərin sənədi təftiş olunub"
- Teymur Musayev: "Vətəndaş mətbəxdə diş çəkdirirsə, nazirlik buna cavabdeh ola bilməz"
- Apteklərdə spirt satışı qadağan edilib? - Həkimdən vacib AÇIQLAMA
- 15 nəfərin ölümünə səbəb olan spirtin apteklərdə satılması məsələsinə RƏSMİ REAKSİYA