Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qapalı məkanlara girənlər şəxsiyyət vəsiqəsini, yoxsa COVID-19 pasportunu təqdim etməlidir?
Hər kəsə məlumdur ki, sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxanaların qapalı məkanlarında göstərilən xidmətlərdən istifadə COVID-19 pasportu, immunitet sertifikatı əsasında təşkil olunur.
Lakin yenilik deyil ki, cəmiyyətdə saxta COVID-19 pasportunun əldə olunmasına qarşı da mübarizə aparılır. Bu nöqteyi-nəzərdən vətəndaşlar yoxlama prosesində bəzən yalnız COVID-19 pasportunun tələb edilməsinə, şəxsiyyət vəsiqəsinin isə sadəcə ad-soyadı eyniləşdirmək üçün baxılmasına etiraz edir.
Bəs görəsən, saxta COVID-19 pasportundan istifadə edənlərin qarşını almaq məqsədilə ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxanaların qapalı məkanlarında göstərilən xidmətlərdən istifadə üçün düzgün yoxlama forması hansıdır? Qapalı məkanlara girənlər şəxsiyyət vəsiqəsini, yoxsa COVID-19 pasportunu təqdim etməlidir?
Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, bütün hallarda müvafiq qaydada iri ticarət mərkəzlərinə, mehmanxanalara və ictimai iaşə obyektlərinə daxil olarkən vətəndaşların COVID-19 pasportu ilə yanaşı, şəxsiyyətini təsdiq edən sənəd də üzərində olmalıdır:
“Şəxsiyyət vəsiqəsinin tələb edilməsi vətəndaşın COVID-19 pasportunda yazılan məlumatları dəqiqləşdirmək üçündür. Əgər vətəndaşın üzərində COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi yoxdursa, bu zaman vətəndaş ad, soyad və ata adını düzgün təqdim etməli, bu halda həmin şəxsin vaksin olunub-olunmaması xüsusi mobil tətbiq vasitəsilə yoxlanılır”.
E.Hacıyev onu da əlavə edib ki, həmin obyektlərə daxil olan vətəndaşların sənədlərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur:
“Obyektə daxil olan şəxsdən COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi tələb edilməsində qanunazidd hərəkət yoxdur”.
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
Rəylər