Qarabağ Universitetində hazırda müxtəlif ölkələri təmsil edən 12 əcnəbi müəllim fəaliyyət göstərir.
ABŞ, Türkiyə, Kanada, Qırğızıstan, İordaniya, Belçika və Türkmənistan vətəndaşı olan müəllimlər universitetin müxtəlif fakültələrində tədris prosesinə cəlb olunublar.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, ali təhsil müəssisəsində ABŞ-ni Ned Ceykpb Kellenberger (İncəsənət fakültəsi) və Kleyson Kent Şamuey (Biznes və iqtisadiyyat fakültəsi), Türkiyəni Aslıhan Bayram (İncəsənət fakültəsi) və Hüsrev Kastacı (Riyaziyyat və İT elmləri fakültəsi), Türkmənistanı Seyran Kasımı, Akmurat Kurbanov, Toylı Yagşıyev və Bahram Dollıyev (hamısı İncəsənət fakültəsi), Kanadanı Tang Vang (İncəsənət fakültəsi), Qırğızıstanı Asel Seitaliyeva (İncəsənət fakültəsi), İordaniyanı Moh'd Taisir Moh'd El Diri (Biznes və iqtisadiyyat fakültəsi), Belçikanı isə Florens Marian D.Zomer (Humanitar və sosial elmlər fakültəsi) təmsil edir.
Beləliklə, Qarabağ Universitetində çalışan əcnəbi müəllimlər yeddi ölkəni təmsil edir və dörd fərqli fakültədə fəaliyyət göstərirlər.