Fransanın "Sen-Deni" klubunun futbolçusu Vanis Onsor məşq prosesi zamanı ürəkdayanmasından həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə oyunçunun yetirməsi olduğu "Ruan" klubunun mətbuat xidməti məlumat yayıb. Gənc idmançının 22 yaşı var idi.
Qeyd edək ki, Onsor "Ruan"ın əsas komandasının heyətində üç qarşılaşmada meydana çıxmışdı.
Qaynar xətt:
(055) 224 12 12