Qarabağ Universiteti "Hüquqşünaslıq", "Psixologiya", "Tarix" və "Beynəlxalq münasibətlər" ixtisasları üzrə müəllim vakansiyaları elan edir.
Bu barədə Oxu.Az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: Cinayət-Prosessual Hüquq istiqaməti üzrə müəllim) qeyd edərək shss@karabakh.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsi fənn müəllimi vakansiyaları elan edir.
Oxu.Az xəbər verir ki, tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: İqtisadiyyat istiqaməti üzrə müəllim; nümunə: Maliyyə, mühasibat və statistika istiqaməti üzrə müəllim) qeyd edərək economics@karabakh.edu.az elektron poçt ünvanına göndərə bilərlər.
Ətraflı məlumat üçün: //bit.ly/4cJyYXM
Qeyd edək ki, son müraciət tarixi 5 may 2025-ci ildir.