Avqustun 1-dən 2-nə gecən gecə Qarabağda Azərbaycan Silahlı Qüvvələrinin döyüşçüləri düşmən hərbçisini məhv ediblər.
Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, Azərbaycan əsgərləri erməni ordusunun hərbçisi, 1989-cu il təvəllüdlü Zorik Jirayroviç Gevorkyanı məhv ediblər.
Hadisənin təfərrüatlarının araşdırılması üçün araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin son məlumatlarına görə, dünən gecə ordumuzun 4 hərbçisi şəhid olub.