Gürcüstan və Azərbaycan prezidentləri Georgi Marqvelaşvili və İlham Əliyev arasında telefon danışığı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin rəsmi saytı bildirib.
Gürcüstan dövlət başçısının Administrasiyasının məlumatına görə, iki ölkə liderləri arasında ikitərəfli münasibətə dair məsələləri və onların gələcək perspektivləri müzakirə olunub.
Prezidentlər Azərbaycanda futbol matçı zamanı baş verən insidenti müzakirə ediblər. Gürcüstan və Azərbaycan prezidentləri qeyd ediblər ki, belə hallar iki millət arasında dostluq münasibətinə təsir edə bilməz.