“Bakcell Arena”da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə Gürcüstan “Çixura”sı arasındakı keçirilən oyunda, qonşu ölkə təmsilçisinin azarkeşləri təxribata əl atıblar.
Oxu.Az azerisport.az-a istinadən xəbər verir ki, qarşılaşma başlayan kimi, “Çixura" fanatları “Neftçi”nin azarkeşlərinin əyləşdiyi sektorlara plastik su qabları atmağa başlayıblar.
Lakin bu münaqişə tezliklə yatırılıb.
Az sonra isə gürcü tərəfdarlar xəritə açıblar. Hansı ki, xəritədə Azərabycanın iki şəhəri - Qax və Zaqatala Gürcüstan ərazisi kimi göstərilib. Bu isə fanatlar arasında növbəti qalmaqala səbəb olub.